“Bakıda yenidən fərqləndiyimə görə çox şadam”.
İdman.biz xəbər verir ki, bunu Milli Gimnastika Arenasında keçirilən Avropa kubokunda 2 gümüş medal qazanan italiyalı bədi gimnast Tara Draqaş deyib.
Halqa və lentlə hərəkətlərdə fəxri kürsüyə yüksələn, həmçinin çoxnövçülükdə finala vəsiqə qazanan idmançı yarışdakı çıxışını dəyərləndirib: "Avropa kubokunda iki həftə əvvəl keçirilmiş Dünya kubokundakından daha inamlı çıxış edirəm. İlk çıxışım uğurlu alınmadı, amma özümü toparlaya bildim və həmin vaxt lentlə bürünc medal qazana bildim. Hazırda psixoloji cəhətdən daha diqqətliyəm və eyni qaydada davam etmək istərdim".
Draqaş Bakıdakı Avropa kubokunun səviyyəsindən də bəhs edib: “Rəqabət çox güclüdür və çoxnövçülüyün finalında “Cross Battle” formatı mübarizə tələb edir. Həlledici çıxışlara hazırlaşmaq üçün bir neçə gün var".
İdman.biz