Azərbaycan qrupu Avropa kubokunun son günündə iki bürünc medal qazanıb

Xəbərlər
4 May 2025 15:00
303
Azərbaycan qrupu Avropa kubokunun son günündə iki bürünc medal qazanıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa kubokunun final günündə qrup hərəkətləri üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığması iki bürünc medal qazanıb.

İdman.biz xəbər verir ki, Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, İlahə Bahadırova, Şəms Müvəffəqi və Nilufər Orucludan ibarət komanda iki finalda - beş halqa ilə, eləcə də beş cüt gürzlə hərəkətlərdə bürünc medal qazanıb.

Hazırda Azərbaycan komandasının hesabında beş mükafat var. Bundan əvvəl Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Sofiya Məmmədovadan ibarət komanda iki dəfə fəxri kürsüyə yüksəlib. Gimnastlar üç top və iki halqa ilə hərəkətlərdə qızıl, çoxnövçülükdə isə bürünc medal qazanıblar. Bundan başqa, yeniyetmələrin lentlə çıxışında Şəms Ağahüseynova üçüncü olub.

Qeyd edək ki, yarışlarda 25 ölkədən 170-dən çox gimnast iştirak edib.

İdman.biz