Bu gün “Baku Open” şahmat festivalında altıncı turun oyunları keçirilib.
İdman.biz xəbər verir ki, yarışa Avropa çempionu Aleksandar İnciç başçılıq edir.
Serbiyalı tennisçi turu heç-heçə ilə başa vursa da, birinci pillədəki yerini qoruyub. Azərbaycan şahmatçılarından 9-u dörd xal toplayıb. Onlardan 5-i ilk onluqda qərarlaşıb.
"Baku Open"in mükafat fondu 55 min dollardır. Yarışda 16 ölkədən yeddi yüzə yaxın şahmatçı çıxış edir.
Altıncı turun ən çox maraq doğuran qarşılaşmaları:
Məhəmməd Muradlı - Baadur Cobava (Gürcüstan) - 0:1
Aditya Mittal (Hindistan) - Aleksandar İnciç (Serbiya) - 0,5:0,5
Aydın Süleymanlı - A. İlamparti (Hindistan) - 0,5:0,5
Xəzər Babazadə - Əhməd Əhmədzadə - 0,5:0,5
Read Səmədov - Misrətdin İskəndərov - 0,5:0,5
Murad İbrahimli - Mixail Brodski (Ukrayna) - 0,5:0,5
David Axmedov (FIDE) - Nicat Abasov - 0:1
Beş turdan sonra turnir cədvəlinin üst sıralarında qərarlaşanlar: 1. Aleksandar İnciç (Serbiya) - 5 xal, 2. Baadur Jobava (Gürcüstan), 3. Vahap Sanal (Türkiyə) - 4,5 xal, 4. Xəzər Babazadə, 5. Məhəmməd Muradlı, 6. Murad İbrahimli, 7. Aydın Süleymanlı, 8. Misrətdin İskəndərov, 13. Nicat Abasov, 15. Əhməd Əhmədzadə, 17. Raed Səmədov, 19. Əhməd Xaqan - hərəyə 4 xal...
İdman.biz