Məmmədyarov Budapeştdə 16-cı oldu, turnirin qalibi armageddonda müəyyənləşdi

21 Noyabr 2026 00:49
50
Məmmədyarov Budapeştdə 16-cı oldu, turnirin qalibi armageddonda müəyyənləşdi

Şəhriyar Məmmədyarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Total Chess World Championship Tour Pilot 2026” turnirində çıxışını başa vurub.

İdman.Biz xəbər verir ki, Azərbaycan qrossmeysteri 15-16-cı yerlər uğrunda qarşılaşmada almaniyalı Vinsent Keymerə uduzaraq 24 iştirakçı arasında 16-cı olub.

İlk oyun gününü 5.5:14.5 hesablı məğlubiyyətlə tamamlayan Məmmədyarov ikinci gündə rəqibi ilə heç-heçə edib. Şahmatçılar dörd blits partiyasında hərəyə bir qələbə qazanıb, iki görüşdə xalları bölüşüblər. Rapid qarşılaşmalarında da tərəflər hərəyə bir dəfə qalib gəliblər.

Sonuncu, sürətləndirilmiş vaxt nəzarəti ilə keçirilən klassik şahmat partiyası 90 gedişdən sonra heç-heçə yekunlaşıb. Bu nəticə ilə ikinci günün hesabı 10:10 olub. İlk gündə üstün olan Keymer 15-ci yeri tutub.

Turnirin qalibi Fransa təmsilçisi Alerza Firuzca olub. Finalın ilk günündə niderlandlı Aniş Giriyə 9:11 hesabı ilə uduzan Firuzca ikinci gündə 12:8 hesablı qələbə qazanıb. Həlledici armageddon partiyasında da üstün olan Fransa şahmatçısı baş mükafata sahib çıxıb.

Giri ikinci, ABŞ təmsilçisi Fabiano Karuana üçüncü, fransalı Maksim Vaşye-Laqrav dördüncü olub. Norveçli Maqnus Karlsen yarışı 17-ci pillədə tamamlayıb.

İdman.Biz