Xaqan Əhməd və Lalə Hüseynova dünya çempionatına qələbə ilə başladılar

20 Noyabr 2026 00:17
56
Xaqan Əhməd və Lalə Hüseynova dünya çempionatına qələbə ilə başladılar

Azərbaycan şahmatçıları Xaqan Əhməd və Lalə Hüseynova Venesuelanın paytaxtı Karakasda keçirilən 20 yaşadək gənclər arasında dünya çempionatına qələbə ilə başlayıblar.

İdman.Biz xəbər verir ki, açıq turnirdə mübarizə aparan Xaqan ilk turda Venesuela təmsilçisi Kristian Qabriel Allen Leydensi məğlub edib.

Qızların yarışında çıxış edən Lalə isə litvalı Smilte Tsibulskiteyə qalib gəlib.

İkinci turda Xaqan perulu Fabian Rikardo Reyes Zavaleta ilə qarşılaşacaq. Lalənin növbəti rəqibi paraqvaylı Renata Valentina Mayereqqer Qonsales olacaq.

Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət dünya çempionatına noyabrın 27-də yekun vurulacaq.

İdman.Biz