U-20 dünya çempionatında Azərbaycanı təmsil edəcək şahmatçılar bəlli olub

17 Noyabr 2026 14:11
49
U-20 dünya çempionatında Azərbaycanı təmsil edəcək şahmatçılar bəlli olub

18-27 noyabr aralığında Venesuelanın paytaxtı Karakasda keçiriləcək U-20 dünya çempionatında Azərbaycanı iki şahmatçı təmsil edəcək.

İdman.Biz bu barədə Azərbaycan Şahmat Federasiyasına istinadən məlumat yayıb.

Yarışda Avropa (U-14) və dünya (U-16) çempionatlarının qalibi Xaqan Əhməd və Lalə Hüseynova mübarizə aparacaqlar.

İdman.Biz