Məmmədyarovun növbəti rəqibi Aronyan oldu

16 Noyabr 2026 22:22
28
Məmmədyarovun növbəti rəqibi Aronyan oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Total Chess World Championship Tour Pilot 2026” turnirində növbəti rəqibi müəyyənləşib.

İdman.Biz xəbər verir ki, qrossmeysterimiz 13-16-cı yerlər uğrunda pley-off mərhələsində ABŞ-ni təmsil edən Levon Aronyanla qarşılaşacaq. İki gün davam edəcək görüş noyabrın 17-18-də keçiriləcək.

Məmmədyarov qrup mərhələsinin son raundunda niderlandlı Aniş Giri ilə hər iki partiyanı heç-heçə başa vurub. Bununla da xal ehtiyatını 11-ə çatdıran təmsilçimiz C qrupunu dördüncü pillədə tamamlayıb. Şahmatçımız 10 partiyada bir qələbə qazanıb, səkkiz dəfə heç-heçə edib və bir dəfə məğlub olub.

Qrupun qalibi 15 xal toplayan Giri olub. Məmmədyarov isə doqquz xalla beşinci yeri tutan Maqnus Karlseni geridə qoyub.

Pley-off mərhələsində hər gün dörd blits, iki rapid və bir “Fast Classic” partiyası oynanılacaq. Qarşılaşmanın qalibi lazım gələrsə, armageddon partiyasında müəyyənləşəcək.

Qeyd edək ki, turnirə noyabrın 20-də yekun vurulacaq.

İdman.Biz