Beyləqanda bədii gimnastika bölməsi fəaliyyətə başlayıb

Xəbərlər
4 Noyabr 2023 13:25
326
Beyləqanda bədii gimnastika bölməsi fəaliyyətə başlayıb

Azərbaycan Gimnastika Federasiyası bölgələrdə bu idman növünün inkişafı və kütləviləşməsi istiqamətində işləri davam etdirir.

İdman.biz xəbər verir ki, artıq Beyləqan Olimpiya İdman Kompleksində bədii gimnastika və gimnastika hamı üçün növü üzrə yeni bölmə fəaliyyətə başlayıb.

Məşqlər şənbə və bazar günləri olacaq.

İdman.biz