ABŞ-li gimnastika ulduzu Simone Bayls üç maskalı şəxsin evinə girərək avtomobilini oğurladığını bildirib.
İdman.Biz xəbər verir ki, 29 yaşlı idmançı hadisə barədə “TikTok” hesabında danışıb. Baylsın sözlərinə görə, hadisə onun Çikaqoda yaşadığı son aylarda baş verib.
O, maskalı üç nəfərin evə daxil olaraq “Porsche GTS” markalı avtomobilini apardığını deyib. Sonradan maşın tapılaraq geri qaytarılıb.
Bayls avtomobili geri alsa da, yenisini almağa qərar verdiyini söyləyib. O, başına gələn hadisələrin bəzən inanılmaz həddə çatdığını zarafatla qeyd edib və həyatının realiti-şou üçün kifayət qədər material verdiyini bildirib.
Hadisədən sonra Simone Bayls və həyat yoldaşı, amerika futbolçusu Conatan Ouens təhlükəsizlik tədbirlərini də gücləndiriblər. Cütlük evi qorumaq üçün doberman cinsindən it götürüb.
Bundan əlavə, həyat yoldaşı ona təzəlikcə "Lamborgini Urus" avtomobili hədiyyə edib.


Qeyd edək ki, Bayls idman gimnastikası tarixinin ən titullu idmançılarından biridir. O, yeddiqat Olimpiya çempionudur.
