Avropa çempionatında uğur qazanan gimnastlarımız Vətənə qayıdıb - FOTO

Xəbərlər
24 Oktyabr 2023 10:44
171
Avropa çempionatında uğur qazanan gimnastlarımız Vətənə qayıdıb - FOTO

Bolqarıstanın Varna şəhərində akrobatika gimnastikası üzrə keçirilən 31-ci Avropa çempionatında uğur qazanan Azərbaycan millisi Vətənə qayıdıb.


İdman.biz xəbər verir ki, komandamızı Heydər Əliyev Beynəlxalq Aeroportunda məşqçilər, gimnastlar, idmançıların ailə üzvləri və yaxınları, azarkeşlər və media nümayəndələri qarşılayıb.

Qeyd edək ki, yığmamız Avropa çempionatında 7 qızıl və 2 gümüş medal qazanıb.

İdman.biz