Gimnastlarımızdan “Friendship-2023”də qızıl və gümüş medallar - FOTO

Xəbərlər
15 Oktyabr 2023 14:59
134
Gimnastlarımızdan “Friendship-2023”də qızıl və gümüş medallar - FOTO

Çexiyanın Yablonets şəhərində batut gimnastikası üzrə keçirilən “Friendship-2023” beynəlxalq turniri başa çatıb.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan yığma komandasının üzvləri Fərhad Mustafayev və Ömər Qasımlı, eləcə də Əli Niftəliyev və Mehdi Əliyev cütlüyü sinxron proqramda qızıl medallara layiq görülüblər.

Hüseyn Abbasov və Nicat Mirzəyev isə sinxron proqramda gümüş medal qazanıblar. Təmsilçimiz Hüseyn Abbasov fərdi proqramda da eyni uğura imza ataraq ikinci olub.

İdman.biz