Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 31-ci Bakı birinciliyi başlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilir ki, 12 sentyabradək davam edəcək yarışda müxtəlif yaş qruplarına aid gimnastlar halqa, top, gürzlər və lentlə proqramlarda öz məharətlərini, çevikliklərini və bacarıqlarını nümayiş etdirəcəklər.
Yarış iştirakçıları yalnız texniki ustalıqları ilə deyil, həm də artistizmləri, musiqi ilə harmoniyaları və zərif çıxışları ilə diqqət çəkəcəklər.
