Simonovun final günü - lisenziyaya doğru

Xəbərlər
2 Oktyabr 2023 14:50
108
Simonovun final günü - lisenziyaya doğru

Antverpendə lisenziya xarakterli dünya çempionatında Azərbaycan gimnastı Nikita Simonovun çıxış etdiyi halqalarla hərəkətlərin finalı oktyabrın 7-də keçiriləcək.

İdman.biz-in məlumatına görə, bu alət üzrə həlledici mərhələ yarışın başa çatmasına 1 gün qalmış təşkil olunacaq.

Sıralamada Simonov 14,666 xal toplayaraq 4-cü nəticə göstərib.

Finala, həmçinin iştirakçılar arasında ən yaxşı nəticə göstərən çinli Yang Liu, onun komanda yoldaşı Hao Yu, Olimpiya çempionu Elefterios Petrounias (Yunanıstan), Vinsent Hoek (Avstriya), Artur Avetisyan, Vahaq Davtyan (hər ikisi Ermənistan) və Harri Hevort (Böyük Britaniya) çıxıblar.

Qeyd edək ki, fərqli alətlər üzrə final mərhələsinin qalibləri Olimpiadaya vəsiqə qazanacaqlar.

Nicat Zəkiyev

İdman.biz