Gimnastların mübarizəsinə davam

Xəbərlər
16 Avqust 2024 11:22
1 211
Gimnastların mübarizəsinə davam

Paris-2024 Yay Olimpiya Oyunları ilə bağlı beynəlxalq gimnastika yarışlarında yaranan fasilə sentyabrda başa çatacaq.

İdman.biz xəbər verir ki, idmançıların mübarizəsi payızın ilk ayındakı turnirlərlə bərpa olunacaq.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) sentyabr üçün təqvimində altı yarış var. İlk turnir ayın 12-25-də Gimarayeşdə (Portuqaliya) keçiriləcək Dünya Yaş Qrupu Akrobatika Yarışıdır. Eyni şəhər sentyabrın 19-22-də bu növ üzrə dünya çempionatına da ev sahibliyi edəcək.

Sentyabrın 13-15-də Koimbrada (Portuqaliya) parkur üzrə dünya kuboku baş tutacaq.

Pesaroda (İtaliya) aerobika yarışları təşkil olunacaq. Ayın 20-22-də Dünya Yaş Qrupu Yarışı, 27-29-da isə dünya çempionatı keçiriləcək.

İdman.biz