Simonov dünya çempionatının finalına yüksəlib

Xəbərlər
1 Oktyabr 2023 18:29
155
Simonov dünya çempionatının finalına yüksəlib

Azərbaycan gimnastı Nikita Simonov Antverpendə keçirilən lisenziya xarakterli dünya çempionatında halqa ilə hərəkətlərdə finala yüksəlib.

İdman.biz-in məlumatına görə, o, bir gün əvvəl tutduğu mövqeyi qoruyub, təsnifat mərhələsinin ilk günündən sonra 14,666 xalla dördüncü pillədə qərarlaşıb. Beləliklə, Simonov finalda mübarizə aparmaq hüququ qazanıb.

İvan Tixonov altı məşqin nəticələrinə əsasən 80,630 xal toplayaraq çoxnövçülük üzrə təsnifatda 32-ci yeri tutub.

---------

11:22

Antverpendə idman gimnastikası üzrə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin idmançısı Nikita Simonov təsnifat mərhələsinin ilk gününün yekunlarına görə halqalarda dördüncü yeri tutub. O, 14.666 xal toplayıb və bu yarışda finala yüksəlmək uğrunda mübarizəni davam etdirir.

İvan Tixonov isə çoxnövçülükdə bütün altı hərəkəti başa vuraraq, ümumilikdə 80,630 xal toplayıb. O, 13.966 nəticəni göstərərək 24-cü yerdə qərarlaşıb.

Bu gün kişilərin yarışında həm çoxnövçülükdə, həm də fərdi yarışlarda təsnifatlar davam edəcək.

Dünya çempionatında fərdi çoxnövçülüyün nəticələrinə əsasən səkkiz ən yaxşı gimnast və on dörd qadın gimnast fərdi Olimpiya vəsiqələri alacaq.

Eyni zamanda, çoxnövçülükdə ən yaxşı doqquz komanda beş idmançı üçün 5 lisenziya qazanacaq. Sonrakı üç ölkə isə hər biri bir güşətli vəsiqə alacaq. Komanda turnirinin nəticələri də fərdi yarışda son lisenziya planına təsir edəcək.

Zəki Feyzullayev

İdman.biz