Paris-2024: Azərbaycan millisinin heyəti təsdiqlənib

Xəbərlər
11 İyul 2024 09:54
1 009
Paris-2024: Azərbaycan millisinin heyəti təsdiqlənib

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək qrup hərəkətləri üzrə Azərbaycanın bədii gimnastika yığmasının heyəti təsdiqlənib.

İdman.biz xəbər verir ki, Yay Oyunlarında qrupların tərkibi beş gimnastdan ibarət olmalıdır.

Azərbaycan millisi Parisə lisenziyanı altı idmançı ilə qazanıb. Beş halqa ilə keçirilən yarışlarda Darya Sorokina, üç lent və iki topla çıxışlar zamanı Kamilla Əliyeva digər dörd gimnasta qoşulub.

Fransa paytaxtında Zeynəb Hümmətova, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Ləman Əlimuradovanın yer alacağı komandaya Darya Sorokina qoşulub.

İdman.biz

Məqalədə: