Olimpiyaçımız Dünya kubokunda

Xəbərlər
10 İyul 2024 23:24
813
Olimpiyaçımız Dünya kubokunda

Azərbaycan gimanstları Rumıniyanın Kluj-Napoka şəhərində keçiriləcək beynəlxalq yarışda iştirak edəcəklər.

İdman.biz xəbər verir ki, bədii gimnastika üzrə “Challenge” seriyasına aid FIG Dünya kuboku iyulun 12-14-də baş tutacaq.

Yığmamız turnirdə 2 idmançı ilə təmsil olunacaq. Paris-2024 Yay Olimpiadasına lisenziya qazanmış Ağamirova Zöhrə və Zeynalova İlona medallar uğrunda yarışacaqlar.

Qeyd edək ki, hakim Hacıyeva Səbinə Dünya kubokunda ədaləti qoruyacaq.