“Selcan Mahsudova Dünya kubokunda fəxri kürsü uğrunda mübarizə aparıb”

Xəbərlər
2 İyul 2024 16:10
107
“Selcan Mahsudova Dünya kubokunda fəxri kürsü uğrunda mübarizə aparıb”

"Yeni nəsil batutlar Arosaya təsir edir".

İdman.biz xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) mətbuat xidməti Dünya kubokuna həsr olunan yazı hazırlayıb.

Azərbaycan idmançısı Selcan Mahsudovanın dördüncü yeri tutması da xüsusi vurğulanıb: “Yüksəlişdə olan ulduz, cəmi 18 yaşlı Angela Bladtseva 57,030 xalla ilk Dünya kuboku titulunu qazandı. Çinli Cao isə 56,170 xal topladı. Mükəmməl 9,800 xallıq horizontal çıxışa baxmayaraq, o, liderdən çox az geri qalıb. Çinin digər təmsilçisi 20 yaşlı Çjan dünya kubokunda ilk medalını qazanıb. O, bürüncə sahib çıxıb. Fəxri kürsü uğrunda hazırki dünya çempionu Brionu Peyc (Böyük Britaniya, altıncı yer), keçmiş dünya çempionu Mori Hikaru (Yaponiya, yeddinci yer) və Azərbaycan üçün olimpiya lisenziyası qazanan Selcan Mahsudova (dördüncü yer) mübarizə aparıblar”.

Qeyd edək ki, Olimpiadaya hazırlaşan Azərbaycan idmançısı İsveçrədə keçirilən Dünya kubokunda finala yüksələrək ilk “dördlük”də qərarlaşıb.

İdman.biz