Mövsümə Bakıda yekun vurulacaq

Xəbərlər
14 İyun 2024 18:23
138
Mövsümə Bakıda yekun vurulacaq

Mövsümə Bakıda yekun vurulacaq Avropa Gimnastikası mövsümün ikinci hissəsinin təqvimini açıqlayıb.

İdman.biz xəbər verir ki, Team Gym üzrə Avropa açıq çempionatı Bakıda keçiriləcək.

Azərbaycan paytaxtında təşkil olunacaq mövsümün son yarışı oktaybrın 16-19-da baş tutacaq. Bu idman növü ölkəmizdə 2018-ci ildən inkişaf edir. İdmançılarımızın Portuqaliyada təşkil olunan TeamGym üzrə Avropa çempionatında iştirakından sonra bu növ Azərbaycan Gimnastika Federasiyasının siyahısına daxil edilib.

TeamGym komanda şəklində 3 növ üzrə keçirilir: xalşa üzərində, akrobatik zolaq və trampet (mini-batut). Yarışlar qadınlar, kişilər və qarışıq komanda növündən təşkil olunur.

İdman.biz