Azərbaycan gimnastları üçün 6 final

Xəbərlər
28 Aprel 2024 14:27
Azərbaycan gimnastları üçün 6 final

Azərbaycan gimnastları Serbiyanın Belqrad şəhərində keçirilən “Ritam Cup”da finala vəsiqə qazanıblar.

İdman.biz xəbər verir ki, Sofiya Məmmədova və İlona Zeynalova beynəlxalq turnirdə bu uğura imza atıblar.

Sofiya Məmmədova top və halqada, İlona Zeynalova isə top, halqa, gürzlər və lentlə həlledici mərhələdə yarışacaq.

Qeyd edək ki, “Ritam Cup”a bu gun yekun vurulacaq.

İdman.biz