Gimnastımızdan gümüş medal

Xəbərlər
22 Aprel 2024 17:59
Gimnastımızdan gümüş medal

Azərbaycan millisinin gimnastı Sofiya Məmmədova növbəti uğuruna imza atıb.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti açıqlayıb.

Təmsilçimiz "Bosphorus Cup" turnirində fərqlənib. Sofiya Türkiyədə keçirilən yarışda halqa ilə hərəkətdə gümüş medala sahibi olub.

Qeyd edək ki, turnir İstanbul şəhərində keçirilib.

İdman.biz

Məqalədə: