Dünya kuboku: 2 gimnastımız final mərhələsində

Xəbərlər
18 Aprel 2024 09:30
166
Dünya kuboku: 2 gimnastımız final mərhələsində

Azərbaycanın idman gimnastikaları Qətərin paytaxtı Dohada keçirilən Dünya kubokunda final mərhələsinə vəsiqə qazanıblar.

İdman.biz xəbər verir ki, kişilərin mübarizəsində Nikita Simonov halqalarda uğurla çıxış edərək həlledici mərhələdə iştirak hüququna yiyələnib.

Qadınlarda isə dayaqlı tullanmada Nazənin Teymurova finala yüksəlib.

Qeyd edək ki, yarış aprelin 20-də başa çatacaq.

İdman.biz

Məqalədə: