Aerobika gimnastlarımız Praqada beynəlxalq turnirdə - FOTO

Xəbərlər
16 Aprel 2024 12:25
129
Aerobika gimnastlarımız Praqada beynəlxalq turnirdə - FOTO

Aprelin 18-də Çexiyanın paytaxtı Praqada aerobika gimnastikası üzrə “Czehc Aerobic Open” adlı beynəlxalq turnir keçiriləcək.

İdman.biz xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Yığmanın heyətində məşqçi Emil Quliyevin rəhbərliyi altında Fidan İbrahimova (üçlük və qrup), Leyla Əhmədova (üçlük və qrup), Evelina Kozlovskaya (üçlük və qrup), Məryəm Topçubaşova (fərdi və qrup) və Sara Əlixanlı (fərdi və qrup) çıxış edəcək.

Yarışda Tünzalə Daşdəmirova isə ölkəmizi hakimi kimi təmsil edəcək.

İdman.biz

Məqalədə: