Azərbaycan gimnastika yığması beynəlxalq turnirin qalibi olub

Xəbərlər
11 Sentyabr 2023 10:15
94
Azərbaycan gimnastika yığması beynəlxalq turnirin qalibi olub

Akrobatika gimnastikası üzrə Azərbaycan yığması Polşanın paytaxtı Varşavada keçirilən “Wars and Sawa Cup” beynəlxalq turnirinin qalibi olub.

İdman.biz xəbər verir ki, millimiz yarışı qızıl medalla başa vurub.

Buna Ağasif Rəhimov və Raziyə Seyidli (qarışıq cütlük), Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiri (yeniyetmələrdən ibarət qrup), Daniel Abbasov və Murad Rəfiyev (cütlük) nail olublar.

İdman.biz