Malkin və məşqçisi Avropanın ən yaxşısı olub

Xəbərlər
5 Aprel 2024 21:42
142
Malkin və məşqçisi Avropanın ən yaxşısı olub

Azərbaycanlı tamblinqçi Mixail Malkin Avropanın 2023-cü ildə ən yaxşı gimnastı seçilib.

İdman.biz xəbər verir ki, onun baş məşqçisi Adil Hüseyn-zadə ən yaxşı məşqçi nominasiyasına fərqlənib.

Nominantlara mükafatlar Portuqaliyanın Gimaraynş şəhərində keçirilən Avropa çempionatında təqdim olub.

Qeyd edək ki, Malkin ötən il Böyük Britaniyada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

İdman.biz