Azərbaycan gimnastı yarımfinalda

Xəbərlər
4 Aprel 2024 19:28
118
Azərbaycan gimnastı yarımfinalda

Portuqaliyanın Gimarayeş şəhərində batut gimnastikası, ikili-mini batut və tamblinq üzrə Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan gimnastı Selcan Mahsudova yarımfinala yüksəlib.

Təmsilçimiz batut gimnastikasında təsnifat mərhələ uğurlu çıxış edərək, bu hüququ əldə edib.

Qeyd edək ki, qitə çempionatına aprelin 7-də yekun vurulacaq.

İdman.biz