Dünya çempionumuz: "Zala gedəndə evdəkilər bir torba şirniyyat qoyur" - VİDEO

Müsahibə
1 Aprel 2024 21:14
575
Dünya çempionumuz: "Zala gedəndə evdəkilər bir torba şirniyyat qoyur" - VİDEO

"Bir həftə məşqsiz qalan kimi darıxıram. İstəyirəm ki, dayanmadan məşq edim".

Bunu “İdman Bizdə”nin qonağı olan tamblinq üzrə ikiqat dünya çempionu Mixail Malkin deyib.

İdmançı bildirib ki, məşq prosesində yorulsa da, motivasiyasını həmişə qoruyur: "Gündə iki dəfə məşqlərimiz olur. Hər dəfə eyni şeyləri etmək adamı bezdirir. Amma qarşıda yarışlar olanda istəyirsən ki, məşq edəsən. Qidalanma rejiminə gəldikdə isə deyim ki, mənim çəkim qalxmır, istədiyimi rahat yeyə bilirəm. Şəkərbura, paxlava varsa, mütləq yeyəcəm. Zala gedəndə də evdəkilər bir torba şirniyyat qoyur".

Qeyd edək ki, Malkin 2018-ci ildə Avropa çempionu titulunu da qazanıb.

Aytac Sahəd
İdman.biz