Bakıda bədii gimnastika üzrə ilin ilk beynəlxalq yarışı keçiriləcək

Xəbərlər
28 Mart 2024 16:45
Bakıda bədii gimnastika üzrə ilin ilk beynəlxalq yarışı keçiriləcək

Azərbaycan bədii gimnastika üzrə ilin ilk beynəlxalq səviyyəli yarışına ev sahibliyi edəcək.

İdman.biz xəbər verir ki, bu növ üzrə Dünya kubokunda 42 ölkəni təmsil edəcək gimnastlar mübarizəyə qoşulacaqlar.

Turnir aprelin 19-dan 21-nədək Milli Gimnastika Arenasında keçiriləcək

Qeyd edək ki, biletlər onlayn qaydada @iticket.az saytında və şəhərin kassalarında satışa çıxarılıb.

İdman.biz

Məqalədə: