Avropa Gimnastikası (rəsmi adı: European Gymnastics) həftənin sonunadək rusiyalı idmançılara tətbiq olunan sanksiyaların ləğvi məsələsinə baxacaq.
İdman.Biz xəbər verir ki, təşkilatın İcraiyyə Komitəsinin iclası yaxın günlərdə keçiriləcək.
Bundan əvvəl məlum olmuşdu ki, Dünya Gimnastikası (World Gymnastics) İcraiyyə Komitəsi rusiyalı idmançıların öz himni və bayrağı altında təşkilatın himayəsi ilə keçirilən yarışlarda iştirak hüququnun bərpası barədə qərar qəbul edib.
“Avropa Gimnastikasının qərarı barədə bizə indicə məlumat verilib. Bu həftə məsələni müzakirə etmək üçün İcraiyyə Komitəsinin iclası keçiriləcək”, - deyə Avropa Gimnastikasının mətbuat xidmətindən TASS-a bildirib.
Qeyd olunur ki, Avropa Gimnastikası qurumunun qərarı beş növə şamil edilir: idman gimnastikası, bədii gimnastika, batut gimnastikası, idman akrobatikası və idman aerobikası.
Xatırladaq ki, Avropa Gimnastikasının prezidenti Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovdur.
