Bədii gimnastika üzrə 10-cu bölgələrarası kubok keçiriləcək

15 May 2026 13:40
132
Bədii gimnastika üzrə 10-cu bölgələrarası kubok keçiriləcək

23 may tarixində bədii gimnastika üzrə 10-cu bölgələrarası kubok keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, müxtəlif bölgələrdən bir araya gələcək gimnastlar kubok uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, yarış Neftçala Olimpiya İdman Kompleksində baş tutacaq.

İdman.Biz