Azərbaycan gimnastları “AGF Trophy” turnirində daha iki medal qazanıblar

15 May 2026 19:24
160
Azərbaycan gimnastları “AGF Trophy” turnirində daha iki medal qazanıblar

Azərbaycanın idman gimnastları Bakıda keçirilən “AGF Trophy” beynəlxalq turnirində daha iki medal qazanıblar.

İdman.Biz bildirir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışın ikinci günündə oğlanlar arasında böyüklər kateqoriyasında çıxış edən Rəsul Əhmədzadə çoxnövçülük proqramında qızıl medala sahib çıxıb.

Qızların yarışında isə Xədicə Abbaszadə eyni proqramda üçüncü yeri tutub.

Qeyd edək ki, ötən gün gənclər kateqoriyasında mübarizə aparan Leyla Məmmədzadə bürünc mükafata yiyələnib. Qızlardan və oğlanlardan ibarət yığmalarımız isə komanda hesabında üçüncü olublar.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan, 5 ölkədən 50-yə yaxın gimnastın mübarizə apardığı “AGF Trophy” beynəlxalq turnirində Azərbaycanı 16 idmançı təmsil edir. Yarış sabah başa çatacaq.

İdman.Biz