Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə üç medal qazanıblar - FOTO

9 May 2026 20:21
645
Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə üç medal qazanıblar - FOTO

Azərbaycan bədii gimnastları Portuqaliyanın Portimao şəhərində keçirilmiş beynəlxalq turnirdə üç medal qazanıblar.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, gənclər arasında mübarizədə Azadə Atakişiyeva və Nuray Muradlı komanda hesabında 94.000 xalla ABŞ və İtaliyanı geridə qoyaraq qızıl medalın sahibi olublar.

Fərdi proqramda top ilə Azadə Atakişiyeva 25.500 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu növdə Gövhər İbrahimova 25.900 xalla gümüş medal əldə edib.

İdman.Biz