Bakının ev sahibliyi edəcəyi “AGF Trophy” beynəlxalq turnirində iştirak edəcək Azərbaycanın idman gimnastları bəlli olub.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, yarışda ölkəmizi 16 idmançı təmsil edəcək.
Qızların mübarizəsində Nazənin Teymurova, Dəniz Əliyeva, Aytən Məmmədova, Xədicə Abbaszadə, Albina Əliyeva, Leyla Məmmədzadə, Aynaz Məcidzadə və Lalə Zamanlı qüvvələrini sınayacaqlar.
Oğlanlar arasında isə Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, Miryusif Əhmədzadə, İlham Salayev, Mahir Səlimov, İsgəndər Cavadzadə və Məhəmməd Rüstəmzadə medal qazanmağa çalışacaqlar.
Mayın 14-16-da təşkil olunacaq “AGF Trophy”də Özbəkistan, Ukrayna və Macarıstandan gimnastlar, eləcə də neytral statuslu idmançılar (AİN) bacarıqlarını nümayiş etdirəcəklər.
