Bakı idman gimnastikası üzrə beynəlxalq turnirə ev sahibliyi edəcək

5 May 2026 16:03
115
Bakı idman gimnastikası üzrə beynəlxalq turnirə ev sahibliyi edəcək

Bakı idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turnirinə ev sahibliyi edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda 10-a yaxın ölkədən idmançılar bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, turnir mayın 13-16-da keçiriləcək.

İdman.Biz