Bədii gimnastika üzrə ikiqat Rusiya çempionu Daniyel Marinov bu ilin mart ayında Bakıda keçirilən Dünya Kuboku mərhələsində hakimliyin işini müsbət qiymətləndirib.
İdman.Biz xəbər verir ki, 21 yaşlı idmançı bütün alətlər üzrə finala yüksələ bilməməsinə baxmayaraq, hakimlərin işindən razı qaldığını vurğulayıb.
“Bakıda da, Qahirədə də hakimliklə bağlı ümumiyyətlə heç bir sualım yoxdur. Hər şey əla idi, hamıya ədalətli qiymətlər verilirdi. Heç bir sual yoxdur”, - deyə Marinova "TASS"a açıqlamasında bildirib.
Mövsümün əvvəlində Rusiya gimnastı Bakıda və Qahirədə keçirilən Dünya Kuboku mərhələlərində çıxış edib. Azərbaycanın paytaxtında o, heç bir növdə finala vəsiqə qazana bilməsə də, növbəti mərhələdə - Misirdə sərbəst hərəkətlərdə qızıl medal qazanıb, turnikdə dördüncü, paralel qollarda isə altıncı yeri tutub.
