Milli Gimnastika Arenasında idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turniri start götürüb.
İdman.Biz xəbər verir ki, yarışda 10-a yaxın ölkədən idmançılar bacarıqlarını nümayiş etdirirlər.
Azərbaycan turnirdə 16 gimnastla təmsil olunur.
Qadın gimnastların yarışında Nazənin Teymurova, Dəniz Əliyeva, Aytən Məmmədova, Xədicə Abbaszadə, Albina Əliyeva, Leyla Məmmədzadə, Aynaz Məcidzadə və Lalə Zamanlı mübarizə aparırlar.
Kişi gimnastların yarışında isə Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, Miryusif Əhmədzadə, İlham Salayev, Mahir Səlimov, İsgəndər Cavadzadə və Məhəmməd Rüstəmzadə medal uğrunda yarışırlar.
Mayın 16-da başa çatacaq “AGF Trophy” turnirində Özbəkistan, Ukrayna və Macarıstandan olan gimnastlarla yanaşı, neytral status altında çıxış edən idmançılar (AIN) da iştirak edirlər.
