Himara meri Milli Gimnastika Arenasında olub - FOTO

19 May 2026 09:21
177
Himara meri Milli Gimnastika Arenasında olub - FOTO

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Bakıda səfərdə olan Albaniyanın Himara şəhərinin meri Vanqel Tavo və nümayəndə heyətinin üzvləri Milli Gimnastika Arenasına baş çəkiblər.

İdman.Biz xəbər verir ki, qonaqlara arenanın infrastrukturu, burada keçirilən beynəlxalq yarışlar və idman tədbirləri barədə məlumat verilib.

Nümayəndə heyəti kompleksin imkanları, yarışların təşkili üçün yaradılan şərait və idmançılar üçün nəzərdə tutulan bölmələrlə tanış olub. Görüş zamanı Milli Gimnastika Arenasının beynəlxalq tədbirlərə ev sahibliyi etmək baxımından mühüm idman məkanlarından biri olduğu diqqətə çatdırılıb.

Səfər çərçivəsində qonaqlar arenanın müxtəlif zonalarına baxış keçirib və idman infrastrukturunun inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

İdman.Biz