Paris-2024: Azərbaycanın lisenziya sayı 11-ə yüksəlib - ADLAR

Xəbərlər
25 Mart 2024 14:00
529
Paris-2024: Azərbaycanın lisenziya sayı 11-ə yüksəlib - ADLAR

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan milli komandasının heyətinə daha bir idmançı əlavə olunub.

İdman.biz xəbər verir ki, batutçu Selcan Maqsudova Fransa paytaxtına yollanacaq komandanın sayını 11-ə yüksəldib.

Bu, ölkə gimnastika tarixində batut gimnastikası üzrə qazanılan ilk lisenziyadır.

Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançılar

Gimnastika
Zöhrə Ağamirova, bədii gimnastika
Selcan Maqsudova, batut gimnastikası

Güləş
Maqomedxan Maqomedov (97 kq), sərbəst güləş
Sənan Süleymanov (77 kq), yunan-Roma güləşi
Həsrət Cəfərov (67 kq), yunan-Roma güləşi

Atletika
Anna Skidan, çəkicatma

Boks
Nicat Hüseynov (51 kq)
Murad Allahverdiyev (80 kq)
Məhəmməd Abdullayev (+92 kq)

Taekvondo
Qaşim Maqomedov (58 kq)

Atıcılıq
Ruslan Lunyov (10 m, pnevmatik tapança)

İdman.biz

Məqalədə: