Gimnastlarımız Dünya kubokunda mübarizə aparacaq

Xəbərlər
19 Mart 2024 11:51
141
Gimnastlarımız Dünya kubokunda mübarizə aparacaq

Martın 22-də Almaniyanın Kotbus şəhərində batut gimnastikası üzrə Dünya kuboku start götürəcək.

İdman.biz xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək.

Komandamızın baş məşqçisi Vladimir Şulikinin rəhbərliyi altında Selcan Mahsudova, Hüseyn Abbasov, Mehdi Əliyev və Nicat Mirzəyev mübarizə aparacaqlar.

Beynəlxalq dərəcəli hakim Kamil Quliyev yarışda ölkəmizi təmsil edəcək.

İdman.biz

Məqalədə: