Yığma “AGF Trophy”də 4 qızıl qazanıb - FOTO

Xəbərlər
17 Mart 2024 16:54
88
Yığma “AGF Trophy”də 4 qızıl qazanıb - FOTO

Ölkəmizdə keçirilən idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turnirində böyüklər arasında ilk qaliblər müəyyənləşib.

İdman.biz xəbər verir ki, yığmamız 4 üzvü ayrı-ayrı alətlər üzrə fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Komandamızın heyətində Nikita Simonov qızıl (halqalar), İvan Tixonov qızıl (paralel qollar) və bürünc (halqalar), Rəsul Əhmədzadə qızıl (sərbəst hərəkətlər) və bürünc (paralel qollar), Nazənin Teymurova qızıl (dayaqlı tullanma) və bürünc medal (müxtəlif hündürlüklü qollar), Murad Ağarzayev gümüş (sərbəst hərəkətlər) medala sahib çıxıblar

İdman.biz