Azərbaycan gimnastı 3 növdə finala yüksəlib

Xəbərlər
15 Mart 2024 19:31
132
Azərbaycan gimnastı 3 növdə finala yüksəlib

Bu gün Bakıda idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turniri start götürüb.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycan gimnastları finala vəsiqə qazanıblar.

Turnir böyüklər və yeniyetmələr arasında təşkil olunub. Milli Gimnastika Arenasında təşkil olunan yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Ukrayna, Özbəkistan və Gürcüstan komandalarının 88 idmançısı qüvvəsini sınayır.

Böyüklərin mübarizəsində millimizin üzvü İvan Tixonov üç növdə finala vəsiqə əldə edib. O, halqalar, sərbəst hərəkətlər və paralel qollarda həlledici mərhələyə yüksəlib. Rəsul Əhmədzadə isə sərbəst hərəkətlər və paralel qollarda Top-8-də yer alıb.

Nikita Simonov halqalarda qızıl uğrunda yarışacaq. Qadınların yarışında Nazənin Tüymurova və Duyğu Məcidzadə finala vəsiqə qazanıblar.

Yeniyetmələrin mübarizəsində isə Azərbaycan yığmasının 8 gimnastı medallar uğrunda qüvvəsini sınyacaq.

Qeyd edək ki, “AGF Trophy” beynəlxalq yarışına martın 17-də yekun vurulacaq.

İdman.biz