Gimnastımız Polşada qızıl medal qazanıb

Xəbərlər
9 Mart 2024 12:04
208
Gimnastımız Polşada qızıl medal qazanıb

Polşanın Krakov şəhərində batut gimnastikası və tamblinq üzrə 11-ci Vavel beynəlxalq turniri keçirilir.

İdman.biz xəbər verir ki, yarışda iştirak edən Azərbaycan milli komandası aktivinə ilk medalı yazıb.

Yığmanın heyətində Fərhad Vəliyev fərqlənib. İkili mini batut üzrə çıxış edən gimnastımız qızıl medal qazanıb.

Qeyd edək ki, yarış martın 10-da başa çatacaq.

İdman.biz

Məqalədə: