Dünya kubokunun iştirakçıları görüşüb

Xəbərlər
22 Fevral 2024 20:23
90
Dünya kubokunun iştirakçıları görüşüb

Sabah Milli Gimnastika Arenasında start götürəcək batut gimnastikası və tamblinq üzrə Dünya kuboku ilə bağlı nümayəndə heyətləri rəhbərləri ilə görüş keçirilib.

İdman.biz xəbər verir ki, toplantıda yarışın reqlamenti, idmançıların iştirak ardıcıllığı müzakirə olunub.

Azərbaycan Gimnastika Federasiyasının texniki direktoru Natalya Bulanova qonaqları salamlayıb və Dünya kubokuna hazırlıq barədə məlumat verib. Görüşdə turnirin texniki nümayəndəsi Kristof Lamber də işitrak edib.

Qeyd edək ki, Olimpiya Təsnifat mərhələsi çərçivəsində keçiriləcək turnirdə 32 ölkənin gimnastları yarışacaqlar.

İdman.biz

Məqalədə: