Sutthiragsa: "Bakıda toplanış keçmək olduqca gözəl təcrübədir" - MÜSAHİBƏ

Xəbərlər
13 Fevral 2024 13:04
111
Sutthiragsa: "Bakıda toplanış keçmək olduqca gözəl təcrübədir" - MÜSAHİBƏ

Tailandın bədii gimnastika üzrə yığma komandasının üzvü, Banqkok Gimnastika Klubunun təmsilçisi Sikharee Sutthiragsa Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, o, Milli Gimnastika Arenasındakı toplanışlarını dəyərləndirib, Azərbaycan yığması ilə bağlı fikirlərini açıqlayıb.

- ⁠Milli Gimnastika Arenasında məşqlər necə gedir?

- ⁠Buradakı şərait yüksə səviyyədədir. Əsas üstünlük odur ki, biz yeməkxanaya asanlıqla gedib-gələ bilirik. Mən burada təlim-məşq toplanışında iştirak edirəm. Bu, olduqca gözəl təcrübədir. Burada çoxlu biliklər əldə edəcəyəm.

- ⁠Burada hansı növ məşqləri yerinə yetirirsiniz?

- ⁠Yeni çıxışım üzərində işləyirik. Eləcə də balet və rəqs dərsləri keçirəm.

- ⁠Qarşıda sizi hansı yarışlar gözləyir?

- ⁠Bakıda keçiriləcək Dünya kubokuna hazırlaşıram.

- ⁠Ən çox sevdiyiniz alət hansıdır?

- ⁠Ən sevdiyim alət lentdir.

- ⁠Ən böyük arzunuz nədir?

- ⁠Ümid edirəm ki, dübna çempionatı və ya digər irimiqyaslı yarışlarda iştirak edə bilməyəcəm.

- ⁠Gimnast olmaq sizin üçün nə deməkdir?

- ⁠Gimnast böyük hörmətə malik olan idman karyerasına malik olan şəxsdir. Gimnastika həqiqətən, zərif bir idman növüdür.

İdman.biz

Məqalədə: