AGF-in 14-cü Ümumi Yığıncağı keçirilib - FOTO

Xəbərlər
9 Fevral 2024 18:49
141
AGF-in 14-cü Ümumi Yığıncağı keçirilib - FOTO

Fevralın 9-da Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) 14-cü Ümumi Yığıncağı keçirilib.

İdman.biz xəbər verir ki, tədbirdə ötən ilin yekunları müzakirə olunub.

Yığıncaqda gimnastların beynəlxalq arenadakı nəticələri, gimnastikanın bölgələrdə inkişaf yolları barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan Ginmastika Federasiyasının rəhbərliyi, mütəxəssislər və idmançılar iştirak ediblər.

İdman.biz