Çinin paytaxtı Pekində bədii gimnastika üzrə Dünya kuboku keçirilib.
İdman.Biz xəbər verir ki, 19-21 iyun tarixlərində təşkil olunan yarışda Azərbaycanı qrup hərəkətləri komandası və iki fərdi gimnast təmsil edib.
Qrup hərəkətləri komandamızın heyətində İlona Zeynalova, Zəhra Cəfərova, Şəms Müvəffəqi, İlahə Bahadirova, Alina Məmmədova və Sofiya Məmmədova çıxış ediblər. Fərdi proqramda isə Fidan Qurbanlı və Kamilla Seyidzadə mübarizə aparıblar.
Beş topla proqramda yarışan qrup hərəkətləri komandamız təsnifat mərhələsində 22.550 xal toplayaraq finala yüksəlib. Həlledici mərhələdə gimnastlarımız nəticələrini 22.600 xala çatdırıblar və yarışı altıncı pillədə başa vurublar.
Fərdi proqramda Kamilla Seyidzadə gürzlərlə çıxışında final mərhələsinə vəsiqə qazanıb. Azərbaycan gimnastı finalda səkkizinci yeri tutub.
