Kişi və qadın idman gimnastikası üzrə Bakı çempionatı keçirilir - FOTO

19 İyun 2026 14:24
99
Kişi və qadın idman gimnastikası üzrə Bakı çempionatı keçirilir - FOTO

Bu gün Milli Gimnastika Arenasının köməkçi zalında kişi idman gimnastikası üzrə 31-ci, qadın idman gimnastikası üzrə 10-cu açıq Bakı çempionatı keçirilir.

İdman.Biz xəbər verir ki, iki gün davam edəcək yarışda həm qadın, həm də kişi gimnastlar müxtəlif yaş kateqoriyaları üzrə qüvvələrini sınayacaq, yüksək rəqabət şəraitində çempionluq uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, yarış mayın 20-də yekunlaşacaq.

İdman.Biz