Tofiq Əliyev: “Avropa çempionatındakı gümüş medalla qürur duyuram”

12 Aprel 2026 12:30
404
Tofiq Əliyev: “Avropa çempionatındakı gümüş medalla qürur duyuram”

Azərbaycan gimnastı Tofiq Əliyev tamblinq üzrə Avropa çempionatında millinin çıxışı barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, idmançı komanda hesabında qazanılan gümüş medalla qürur duyduğunu bildirib.

“Avropa çempionatında komanda hesabında gümüş medal qazandıq. Komanda yoldaşlarımla qürur duyuram. Bu gün fərdi finallar baş tutacaq. Mixail Malkin və mən bayrağımızı layiqincə təmsil etməyə çalışacağıq”, - deyə Əliyev sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı bu gün başa çatacaq.

İdman.Biz