Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası üzrə Avropa çempionatında komanda hesabında gümüş medal qazanan tamblinqçilərimizdən biri də 2024-cü ilin Avropa çempionu Adil Hacızadədir. Gənc idmançı çıxışını başa vurduqdan sonra təəssüratlarını İdman.Biz ilə bölüşüb.
“Hesab edirəm ki, hər şey bizim üçün yaxşı bitdi. Sadəcə, bəzi strateji səhvlər oldu ki, buna görə də qızıl medalı qazana bilmədik. Bəli, bir çox ölkə gümüş medal arzusundadır, lakin biz Avropa çempionu titulunu qorumaq üçün qızıl medal istəyirdik. İnanıram ki, noyabrda keçiriləcək dünya çempionatında daha uğurlu çıxış edərək titulumuzu qoruyacağıq”, - deyə Adil Hacızadə bildirib.
