Milli Gimnastika Arenasında Yeni il şousu - FOTO

Xəbərlər
27 Dekabr 2023 20:01
126
Milli Gimnastika Arenasında Yeni il şousu - FOTO

Azərbaycan Gimnastika Federasiyası ənənəvi olaraq mövsümü rəngarəng Yeni ilİ çıxışı ilə başa vurub.

İdman.bizin məlumatına görə, əvvəlcə Berlində keçirilən Xüsusi Olimpiadanın qalibi və üçqat bürünc mükafatçısı Mehriban Tağıyeva və bu turnirin iştirakçısı Fərid Ociyev nümayiş nömrələri ilə çıxış ediblər.

Sonra Səbinə Məmmədovanın ifasında hava gimnastikası kompozisiyası nümayiş etdirilib. Ardınca Xüsusi Olimpiya komandası ilk dəfə səhnəyə çıxıb.

Daha sonra Siyana Vasileva, Aliyə Paşayeva, Ayşən Bayramova və Diana Əhmədbəylidən ibarət dördlük səhnəyə çıxıb və rəsmi olaraq idman karyeralarına son qoyan nömrə ilə çıxış ediblər.

Eyni zamanda, idmançıların, məşqçilərin və xoreoqrafların iştirak etdiyi Yeni il tamaşasının mövzusu məşhur “Oyuncaq hekayəsi”, “Monstrlar korporasiyası”, “Alisa möcüzələr ölkəsində” cizgi filmlərinin və “101 dalmatinli” filminin süjet xətləri olub. İştirakçılar parlaq tamaşalar nümayiş etdirib, dekorasiyalar bir-birini əvəz edib, tamaşaçılar isə hadisələrin inkişafını maraqla izləyib, hər bir tamaşanı alqışlarla qarşılayıblar.

Zəki Feyzullayev

İdman.biz